Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) axtarışda olan PKK üzvünü saxlayıb.
“TRT Haber” xəbər yayıb ki, barəsində terror təşkilatlarına silah vermək ittihamı ilə 15 il azadlıqdan məhrumetmə cəzası olan Rasim Akyol ölkə xaricində keçirilən əməliyyat nəticəsində tutularaq Türkiyəyə gətirilib.
Qeyd edək ki, Rasim Akyolun 2018-ci ildə Hatayda 25 kiloqram partlayıcı maddə ilə tutulan PKK üzvlərini silah və partlayıcı maddə ilə təmin etdiyi bildirilir.