Prezident R.T. Ərdoğan güclü və sağlam şəkildə vəzifəsi başındadır.
Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya idarəsinin rəisi Fəxrəddin Altun bildirib.
Altun qeyd edib ki, bəzi çevrələr ölkə başçısının səhhətinə dair əsassız təhriflərlə siyasi qazanc əldə etməyə çalışırlar.
Qeyd edək ki, dünən yerli kanallarda canlı yayımda çıxış vaxtı Ərdoğanın səhhətində problem yaranıb, yayım dərhal dayandırılıb.
Canlı yayım bərpa edildikdən sonra Türkiyə lideri deyib: “Seçki kampaniyasına görə çox işləyirik. Bu səbəbdən mədəmə soyuq olub”.
“Ərdoğan proqramlarına qaldığı yerdən davam edəcək”