Ermənistan çox çətin vəziyyətdədir və onu qorumalı olan təhlükəsizlik mexanizmləri işləmir.
Ölkəmiz hazırda yeni təhlükəsizlik zəmanətləri axtarışındadır.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib.
Qriqoryan bildirib ki, İrəvan Qərbə meyilli olmaqda ittiham edilir: “Lakin biz Hindistanla da intensiv əməkdaşlıq edirik”.
Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, Rusiya siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilməyəcəyini bəyan etmir.