Xezerxeber.az-ın məlumatına görə, bu barədə prokurorun Massaçusets ştatının məhkəməsinə təqdim etdiyi sənəddə deyilir.
Sənəddə göstərilir: “O, ona təhlükəsiz sığınacaq təklif edə və ya onu ABŞ-dan xilas etməyə kömək edə biləcək düşmən dövlətlər üçün çox dəyərli ola biləcək məxfi məlumat toplusuna çıxışı olub və ola bilər”.
Əvvəllər Pentaqonun məxfi sənədlərini sızdırmaqda şübhəli bilinərək saxlanılan hərbçi Cek Teyşer məxfi məlumatları ələ keçirmək, saxlamaq və ötürməkdə ittiham olunur. Bu maddə ilə təqsirləndirilən şəxsi 10 il həbs gözləyir.