AK Partiyası prezident Rəcəb Tayyib Ərdoğanın canlı yayımda narahatlıq keçirməsindən sonra səhhəti ilə bağlı son vəziyyəti açıqlayıb.
Xezerxeber.az yerli mətbuata istinadən xəbər verir ki, Partiyanın sədr müavini Bülent Turan Ərdoğanın səhhəti ilə bağlı fövqəladə vəziyyətin olmadığını bildirib:
"O, gündə 5 proqram, xüsusi yığıncaqlar və müsahibələr keçirilir. Dünənki fövqəladə proses əslində proqramları yenidən nəzərdən keçirmək fürsəti verə bilər"
AKP sədrinin müavini Numan Kurtulmuş da Ərdoğanın səhhəti ilə bağlı məlumat verərək qeyd edib ki, Prezident seçkisinin gərgin iş qrafikinə görə, o, mədəsində narahatlıq keçirib:
“Ərdoğan proqramlarına qaldığı yerdən davam edəcək”
Qeyd edək ki, dünən yerli kanallarda canlı yayımda çıxış vaxtı Ərdoğanın səhhətində problem yaranıb, yayım dərhal dayandırılıb.