Xəzər Xəbər

İranda Ekspertlər Şurasının üzvü öldürülüb

Dünya | 14:31 • 26 Aprel 2023
İranda Ekspertlər Şurasının üzvü öldürülüb

İranın şimalında yerləşən Mazandaran əyalətində İslam Respublikasının dini liderini seçən Ekspertlər Şurasının üzvü Abbas Əli Süleymani qətlə yetirilib.

Yerli "Tasnim" agentliyi xəbər yayıb ki, cinayət Babolsar şəhərində törədilib.

Polis siyasətçiyə qarşı sui-qəsd törədən şəxsi saxlayıb. Mazandaran əyalətinin təhlükəsizlik qüvvələri şura üzvünün qətlə yetirildiyini təsdiqləyib, lakin cinayətin motivləri bəlli deyil.

Abbas Əli Süleymani İranın dini lideri Ayətullah Xameneinin İsfahan əyalətinin Kaşan və Bəlucistan əyalətinin Sistan şəhərlərindəki nümayəndəsi vəzifəsini tuturdu.

Xəbər lenti

Çox oxunanlar