Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparacaq.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib.
O qeyd edib ki, danışıq zamanı iki ölkə arasında energetika sahəsində əməkdaşlıq və Rusiya-Ukrayna müharibəsinə dair məsələlər müzakirə ediləcək.