Xəzər Xəbər

İsveç 5 Rusiyalı diplomatı ölkədən çıxarır

Dünya | 09:16 • 26 Aprel 2023
İsveç 5 Rusiyalı diplomatı ölkədən çıxarır

Rusiyanın İsveç Krallığındakı səfirliyində çalışan beş əməkdaşının ölkəni tərk etməsi tələb edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, müvafiq qərar aprelin 25-də qəbul olunub.

Nazirliyin saytında deyilir: “Bu gün Xarici İşlər Nazirliyi Rusiyanın İsveçdəki səfiri Viktor Tatarintsevi çağıraraq, ondan Rusiyanın İsveçdəki səfirliyinin 5 əməkdaşının Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına zidd fəaliyyətlərinə əsasən ölkəni yaxın vaxtlarda tərk etmələri tələb olunub”.

Xəbər lenti

Çox oxunanlar