Xəzər Xəbər

Ermənistan Müdafiə Nazirliyi gülünc vəziyyətə düşdü

Dünya | 12:29 • 22 Mart 2023
Ermənistan Müdafiə Nazirliyi gülünc vəziyyətə düşdü

Ermənistan Müdafiə Nazirliyi “itkin düşən” hərbçisinin martın 22-də tapıldığını açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Beləliklə, Azərbaycan Ordusunu erməni hərbçisini əsir götürməkdə ittiham edən Ermənistan Müdafiə Nazirliyi, həqiqət üzə çıxandan sonra özü-özünü təkzib etməyə məcbur qalıb. Bununla da növbəti dəfə gülünc vəziyyətə düşüb.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi ötən gün hərbçisinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçdiyini bildirmiş və onun əsir götürüldüyünü iddia etmişdi. Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatın növbəti yalan olduğunu bildirmişdi.

Xəbər lenti

Çox oxunanlar