Xəzər Xəbər

Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi müzakirə ediləcək

Dünya | 09:44 • 22 Mart 2023
Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi müzakirə ediləcək

Martın 23-24-də keçiriləcək Avropa İttifaqı sammitinin iştirakçıları Aİ-nin hərbi istehsal imkanlarının genişləndirilməsi və yaxın 12 ay ərzində Ukraynaya 1 milyon mərmi tədarükü planını nəzərdən keçirəcəklər.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə çərşənbə axşamı Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Aİ-nin 27 ölkəsinin liderlərinə göndərdiyi və Avropa Şurasının mətbuat xidməti tərəfindən dərc edilmiş yazılı dəvətnamədə deyilir.

Sammitdə Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi məsələlərinə də baxılacaq.

Xəbər lenti

Çox oxunanlar