Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin hərbi əməkdaşlıq məsələsini də müzakirə ediblər.
Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidenti Vladimir Putinin köməkçisi Yuriy Uşakov bildirib. Onun sözlərinə görə, tərəflər Müdafiə Nazirliyi vasitəsilə əvvəllər əldə edilmiş razılaşmaların icrasını davam etdirmək barədə razılaşıblar.