"Rusiya özünə qarşı ayrı-seçkiliyi istisna etmək üçün Korrupsiyaya Qarşı Dövlətlər Qrupundan (GRECO) tamamilə çıxmaq qərarına gəlib.
Xezerxeber.az TASS-a istinadən məlumat verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov agentliyə müsahibəsində deyib.
Rusiya xarici işlər nazirinin müavini beynəlxalq miqyasda korrupsiya ilə mübarizədən danışıb:
"Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq bərabərhüquqlu olmalı və milli maraqlar nəzərə alınmalıdır, ayrı-seçkilik yolverilməzdir", - deyə o bildirib.