Xəzər Xəbər

"Qərb ölkələri Rusiya ilə Ermənistanın arasını vurmaq istəyir" LAVROV

Dünya | 17:12 • 20 Mart 2023
"Qərb ölkələri Rusiya ilə Ermənistanın arasını vurmaq istəyir"

“Cənubi Qafqazda müşahidə edilən həyəcanverici vəziyyətdən danışdıq”.

Xezerxeber.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Biz Qərb ölkələrinin açıq şəkildə Rusiya ilə Ermənistanın arasını vurmaq cəhdlərini görürük. Gəlin hər şeyi adı ilə deyək, Qərb ölkələrinin regional təhlükəsizlik arxitekturasını silkələmək cəhdlərini görürük. Əminəm ki, bu cür cəhdlər uğursuzluğa məhkumdur”, deyə Rusiya XİN başçısı vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar