Türkiyədə iki dəqiqədə iki zəlzələ qeydə alınıb.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyə Fövqəladə Vəziyyətin İdarə Edilməsi Agentliyi məlumat yayıb.
Kahramanmaraşın Göksun rayonunda saat 15:54 radələrində 4.4 maqnitudalı, saat 15:56 radələrində 4.1 maqnitudalı zəlzələlər olub.
Dağıntı və tələfat qeydə alınmayıb.