Fransada əhalinin pensiya islahatlarına etiraz aksiyaları davam edəcək.
Xezerxeber.az xəbər verir ki, bu barədə Fransa nəşrləri məlumat verib.
Məlumata görə, bu gün Fransada pensiya islahatları əleyhinə mitinqlər gözlənilir. Deputatların bazar ertəsi hökumətin gələcəyi ilə bağlı müzakirələr aparacağı bildirilir.
Qeyd edilib ki, Fransada neft emalı zavodları işçilərinin təxminən 37%-i şənbə günü səhər aksiyalara qatılıb.