Bu gündən etibarən Türkiyədə mayın 14-də keçiriləcək parlament və prezident seçkiləri ilə bağlı prosesə start verilir.
Xezerxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezidentliyə namizədər üçün ərizələrin qəbulu martın 19-dan başlayacaq.
Partiyalar martın 23-nə qədər prezident postuna namizəd irəli sürə bilər. Seçicilər tərəfindən namizəd irəli sürmək üçün 100.000 imza tələb olunur. İmza toplama kompaniyası isə martın 22-27-də dairə seçki komissiyalarında toplanacaq.
Prezidentliyə namizədlərin yekun siyahısı martın 31-də rəsmi qəzetdə dərc olunacaq. Bundan sonra təbliğat-təşviqat kampaniyası başlayacaq. Siyasi partiyalar martın 24-dək ittifaq protokollarını təqdim etməlidir.
Deputatlığa namizədlərin yekun siyahısı isə aprelin 19-da açıqlanacaq.