Türkiyədə zəlzələnin vurduğu ziyan 2 trilyon lirə, yəni 105 milyard dollar həcmindədir.
Xezerxeber.az xəbər verir ki, bunu Türkiyənin Xəzinə Nazirliyi açıqlayıb.
"Bu, 1999-cu il Mərmərə zəlzələsindən təxminən 6 dəfə çox zərər və itkilərimiz olduğunu göstərir. Bu rəqəm 2023-cü il milli gəlir gözləntilərimizin 9 faizinə bərabərdir",- Nazirliyin açıqlamasında bildirilib.