General Artak Budaqyan Ermənistan Müdafiə Nazirliyinin xüsusi tapşırıqlar üzrə zabiti təyin edilib.
Bu barədə Xezerxeber.az erməni mətbuatına istinadən məlumat verir.
Budaqyan 2021-ci ilin avqustundan 2023-cü ilin fevralına kimi Ermənistan Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Ordusunun keçmiş komandanı vəzifəsində çalışıb. Budaqyan yeni vəzifəyə təyin ediləndən sonra onu polkovnik Armen Gözəlyan əvəz edib.