Türkiyədə və Suriyada baş verən güclü zəlzələ nəticəsində Hələb şəhərinin tarixi mərkəzində də dağıntılar olub.
Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, şəhərin bəzi rayonlarında, o cümlədən Fardus, Səlahəddin və Bustan əl-Qəsrdə çoxlu sayda bina çöküb. UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan tarixi mərkəz ən çox zərər çəkən bölgələrdəndir. Oradakı bir sıra qədim məscid binaları dağılıb.