Xəzər Xəbər

İstanbulda əlverişsiz hava şəraiti ilə əlaqədar 170 reys təxirə salınıb

Dünya | 09:06 • 6 Fevral 2023
İstanbulda əlverişsiz hava şəraiti ilə əlaqədar 170 reys təxirə salınıb

“Türk Hava Yolları” (THY) İstanbulda gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar ümumilikdə 170 reysin ləğv edildiyini açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə THY-nin mətbuat müşaviri Yəhya Üstün sosial media hesabında bildirib.

Qeyd edib ki, İstanbul hava limanından 152, Sabiha Gökçen hava limanından isə 18 reys ləğv edilib.

“Sərnişinlərə aviaşirkətin səhifəsində ən son uçuş məlumatlarını yoxlamaq təklif olunur”, – deyə Y.Üstün qeyd edib.

Xəbər lenti