Xəzər Xəbər

Serbiya NATO-ya üzv olmaq istəmir

Dünya | 11:16 • 5 Fevral 2023
Serbiya NATO-ya üzv olmaq istəmir

Serbiya Avropa İttifaqına (Aİ) üzvlük yolunda irəliləyir, lakin NATO-ya daxil olmaq istəmir.

Xezerxeber.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

A.Vuçiç bildirib ki, Serbiya hərbi neytrallığını qorumaq və gücləndirmək niyyətindədir. Avropaya inteqrasiya ilə Avro-Atlantik məkana inteqrasiyası arasında böyük fərq var.

Serbiya Prezidenti hakimiyyətdə qalmaq naminə Kosovo məsələsində heç vaxt danışıqlara getməyəcəyini də vurğulayıb.

Xəbər lenti