ABŞ hakimiyyəti İranın dron istehsalçısı “Paravar Pars” şirkətinin direktorlar şurasının üzvlərini sanksiyalar siyahısına əlavə edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İranda yerləşən “Paravar Pars” şirkətinin səkkiz rəhbər işçisini sanksiyalar siyahısına daxil edib. Digər dövlətlər və Avropa İttifaqı daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələri üçün “Şahed” pilotsuz uçuş aparatlarının istehsalına görə sanksiyalar tətbiq etmişdi”, - deyə məlumatda bildirilir.