Xəzər Xəbər

“Qarabağdakı ermənilərə görə əhalimizi riskə ata bilmərik” - erməni deputat

Dünya | 18:00 • 3 Fevral 2023
“Qarabağdakı ermənilərə görə əhalimizi riskə ata bilmərik” - erməni deputat

“Qarabağdakı ermənilərə görə Ermənistanda yaşayan əhalimizi riskə ata bilmərik”.

Bu sözləri Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyasının deputatı Qurgen Arsenyan Ermənistan parlamentində təşkil edilmiş dinləmələr zamanı bildirib.

Q.Arsenyan dinləmələrdə iştirak edənləri məsuliyyətsizlikdə ittiham edib.

“Prioritetlərinizi düzgün müəyyənləşdirin və baş verənləri düzgün təsəvvür etməyə çalışın”, - deyə müxalifətçilərə səslənən Q.Arsenyan vurğulayıb.

Onun sözlərinə görə, xalq artıq 2021-ci ildə keçirilmiş seçkilərdə hazırkı müxalifət barəsində hökm çıxarıb.

Qurgen Arsenyanın açıqlamaları Ermənistan parlamentində gərginliyə, qarşılıqlı söz ittihamlarına səbəb olub.

Çıxışını davam etdirən Arsenyan Ermənistan parlamentində təmsil olunan revanşistlərə  səslənib:

“Qarabağda baş verənləri manipulyasiya etmək sizə Ermənistanda hakimiyyətə gəlmək imkanı verməyəcək, bunu unudun”.

Çıxışının sonunda Q.Arsenyan bəyan edib ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması ölkəsinin milli maraqlarından irəli gəlir. O qeyd edib ki, artıq ksenofob ifadələr səsləndirməkdən çəkinmək lazımdır və bu fikirlər Ermənistana ancaq zərər vurur. (oxu.az)

 

Xəbər lenti