İtaliyanın ən güclü mafiya qruplaşmalarından birinin üzvü olan və müxtəlif qətllər törətməkdə təqsirli bilinən Edqardo Qreko saxlanılıb.
Ölkənin cənubundakı Kalabriyada məşhur “Ndrangheta” mafiya qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 63 yaşlı E.Qreko Fransanın Sent-Etyen şəhərində italyan restoranında pizza aşpazı işləyərkən yaxalanıb. Ömürlük həbs cəzası verilən E.Qreko 16 ildir axtarışda idi.
O, 90-cı illərin əvvəllərində İtaliyada müxtəlif qətllər törətməkdə ittiham olunur. (AZƏRTAC)