Bosniya və Herseqovinanın Yayce şəhəri yaxınlığındakı Yezero bələdiyyəsinin ərazisində böyük ehtiyata malik qızıl yatağı aşkar olunub.
Bosniya və Herseqovinada fəaliyyət göstərən “Lykos Balkan Metals” şirkətinin baş direktoru Miloş Bosnyakoviç geoloji tədqiqatlara əsaslanan laboratoriya nəticələrinə görə, dünyada məşhur qızıl ehtiyatlarının orta göstəricisini aşan zəngin qızıl ehtiyatı aşkar olunduğunu açıqlayıb. Yezero bələdiyyəsinin üç bölgəsində 60 metrə qədər dərinlikdə hər ton üçün 27,5 qrama qədər olan qızılın yüksək tərkibi, hətta dünyada məşhur qızıl mədənləri üçün də qeyri-adi dərəcədə yüksək tərkibdə malik ehtiyat təsdiq edilib. Hazırda tədqiqatın ilkin mərhələsi aparılır.
Şirkətin məlumatına görə, bu nəticələr bütün Balkan regionunda, eləcə də Bosniya və Herseqovinada ən yaxşılardan biri sayıla bilər. Cari il ərzində şirkət təkcə Yezero bələdiyyəsində tədqiqat və hasilat işlərinə 30 milyon avrodan çox investisiya yatıracaq. (AZƏRTAC)