Xəzər Xəbər

Zelenski: Rusiyaya qarşı məhdudiyyətlər artırılmalıdır

Dünya | 09:10 • 3 Fevral 2023
Zelenski: Rusiyaya qarşı məhdudiyyətlər artırılmalıdır

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın ölkəsinə qarşı olan heç bir hücumunun cavabsız qalmayacağını bildirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə o, gecə yayımlanan videomüraciətində Rusiya-Ukrayna müharibəsi çərçivəsində baş verən son hadisələri şərh edərkən bildirib.

Rusiya ordusunun ölkəsinə qarşı hücumlarını davam etdirdiyini qeyd edən V.Zelenski, beynəlxalq arenada Rusiyaya qarşı məhdudiyyətlərin artırılmasının vacibliyini qeyd edib.

Rusiya qüvvələrinin Ukraynanın Donbas bölgəsinə hücumlarını artırmağa çalışdığına işarə edən V.Zelenski, işğalçının heç bir hücum hərəkətinin cavabsız qoyulmaycağını vurğulayıb.

Sabah Kiyevdə Ukrayna-Avropa İttifaqı Sammitinin keçiriləcəyini xatırladan Ukrayna Prezidenti sammitdə ölkəsi üçün son dərəcə vacib məsələlərin müzakirə olunacağını da diqqətə çatdırıb.

Xəbər lenti

Çox oxunanlar