Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozef Borel bu gün Kiyevə gəliblər.
Xezerxeber.az xəbər verir ki, Ursula tviter səhifəsində Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri onun Kiyevə dördüncü səfəri olduğunu yazıb.
"Bu dəfə mənim komissarlarımla birlikdə Avropa İttifaqının Ukraynanın yanında həmişəkindən daha çox olduğunu göstərmək üçün buradayıq. Həm də dəstəyimizi və əməkdaşlığımızı daha da dərinləşdirmək üçün Kiyevə gəlmişik”, - deyə Ursula Fon der Lyayen əlavə edib.
Cosef Borel də Kiyevə səfərini açıqlayıb.
“Mən Kiyevə Aİ-nin öz ölkələrini müdafiə edən bütün ukraynalılara dəstəyinin ən güclü siqnalını çatdırmaq üçün gəldim. Rusiya müharibəsi başlayandan Aİ-nin yardımı 50 milyard avroya çatıb. Avropa ilk gündən Ukrayna ilə birləşib”, - deyə o bildirib.