Xəzər Xəbər

Əfqanıstanda neftçiləri daşıyan avtobus partladılıb

Dünya | 11:53 • 6 Dekabr 2022
Əfqanıstanda neftçiləri daşıyan avtobus partladılıb

Əfqanıstanın şimalında neftçiləri daşıyan avtobus partladılıb.

"Aamaj News" informasiya agentliyi xəbər yayıb ki, Özbəkistanla sərhəddə yerləşən Hayraton limanındakı neft bazasının azı 7 əməkdaş terror aktının qurbanı olub. Daha 6 nəfərin yaralandığı bildirilir.

Hadisə Bəlx əyalətinin inzibati mərkəzi Məzari-Şərif şəhərində baş verib. Avtobusa quraşdırılan əldəqayırma partlayıcı qurğu işə düşüb. İnsidentlə bağlı təhqiqat başlayıb.

Ölkədə fəaliyyət göstərən silahlı qruplaşmaların heç biri hücumun məsuliyyətini üzərinə götürməyib.

Xəbər lenti