Rusiyada dövlət orqanları binalarının yaxınlığında mitinq, yürüş və ya nümayişlər keçirilməsi qadağan olunub.
Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə qanun imzalayıb.
Qanuna əsasən, vağzal, aeroport, təhsil və tibb müəssisələri və digər dövlət orqanlarının yaxınlığında mitinq, yürüş və nümayişlər keçirilməsi qadağandır. Bu siyahıya elektrik, istilik və su xətləri şəbəkələri, dini məbədlər də daxildir.
İndiyədək Rusiyada prezident iqamətgahı, məhkəmə, xilasetmə müəssisələrində və onların ətrafında mitinqlər və nümayişlər keçirilməsi qadağan edilmişdi.