Xəzər Xəbər

Afrikada Fransaya qarşı etirazlar artır

Dünya | 15:35 • 5 Dekabr 2022
Afrikada Fransaya qarşı etirazlar artır

Fransanın keçmiş müstəmləkələri Seneqal, Niger, Burkina-Faso və Malidə Parisə qarşı etirazlar artır.

Son günlər Fransanın Qərbi Afrikada siyasətinə qarşı mitinqlər təşkil edilib. Seneqalda “Total” kompaniyasının yanacaqdoldurma məntəqələrinə və fransız sərmayəli mağazalara hücumlar olub. Fransızların Afrikanın Sahil regionunda uğursuz hərbi əməliyyatlarından sonra Mali və Burkina-Fasoda baş vermiş hərbi çevrilişlər də Fransanın onsuz da pis olan imicinə ciddi zərbə vurub. Dekabrın 4-də isə Burkina-Faso hökumətinin sözçüsü kin və nifrət yaydığı səbəbindən RFI radio kanalının yayımının dayandırıldığını bəyan edib.

Afrika məsələləri üzrə analitiklərə görə, Fransa Prezidenti Emmanuel Makronun sözügedən ölkələrə səfərləri də heç bir nəticə verməyib. Onlar hesab edirlər ki, Mali və Burkina-Fasoda hərbi çevrilişlərdən sonra Afrikanın Sahil regionunda Rusiya və Çinin təsiri daha da artıb. (AZƏRTAC)

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024