Xəzər Xəbər

Ukraynada müharibədə həlak olan dinc sakinlərin sayı açıqlanıb

Dünya | 16:51 • 4 Dekabr 2022
Ukraynada müharibədə həlak olan dinc sakinlərin sayı açıqlanıb

Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukraynada işğalçıların atəşi nəticəsində 9 400-dən çox dinc sakin həlak olub. Ölənlər arasında 461 uşaq var, 6 800 nəfər isə yaralanıb.

Ukrayna mediası xəbər yayıb ki, bu barədə daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin bildirib.

“Milli Polisin məlumatına görə, 9 400-dən çox dinc sakin ölüb, 6 800-ə yaxın insan yaralanıb. Təəssüf ki, onların arasında uşaqlar da var: Rusiyanın Ukraynaya təcavüzü başlayandan indiyədək 461 uşaq ölüb”, - o deyib.

Yenin əlavə edib ki, düşmən kritik infrastruktur obyektlərinə zərbələr endirməkdə davam edir. Səkkiz rayonda 507 yaşayış məntəqəsində elektrik enerjisi dayandırılıb.

Xəbər lenti

Çox oxunanlar