Türkiyə Silahlı Qüvvələri Suriyanın Haseke vilayətində YPG terror qruplaşmasının səhra komandirini zərərsizləşdirib.
Xezerxeber.az xəbər verir ki, Türkiyə ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) terrorçulara məxsus avtomobil karvanını bombalayıb.
Məlumata görə, YPG terror təşkilatının adı açıqlanmayan səhra komandirinin olduğu avtomobillərdən birinə iki raket düşüb. Bir neçə yaraqlı isə məhv edilib.
Bundan başqa, Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi açıqlamasında qeyd olunub ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində xüsüsi təyinatlılar Suriyanın şimalında daha iki terrorçunu məhv edib.
Xatırladaq ki, Suriya və İraqın şımalında keçirilən "Pəncə-Kilid” əməliyyat zamanı 491 terrorçu zərərsizləşdirilib.