Xəzər rayonunun Qala qəsəbəsində Xaşaxuna massivi sakinlərinin müraciətləri nəzərə alınaraq, 141E nömrəli müntəzəm marşrutun hərəkət sxemi bir istiqamət üzrə 4 kilometr uzadılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Xezerxeber.az-a bildirilib ki, dəyişiklik nəticəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi - Qala qəsəbəsi istiqamətində sərnişinlərin ictimai nəqliyyata çıxış imkanları əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq.