Xəzər Xəbər

Bakıda leysan olacaq XƏBƏRDARLIQ

Cəmiyyət | 16:11 • 15 Aprel 2025
Bakıda leysan olacaq

Aprelin 15-dən 16-a keçən gecədən Bakıda və Abşeron yarımadasında yağışın leysan xarakterli intensiv olacağı, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir. Şimşək çaxacağı ehtimalı var.

Bu barədə Xezerxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Aprelin 17-si gündüzədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcək.

Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.

Aprelin 17-si səhər yağıntılar kəsiləcək.

Xəbər lenti