Xəzər Xəbər

Azərbaycan əhalisinin bu il geyimə xərclədiyi məbləğ AÇIQLANDI

Cəmiyyət | 20:30 • 12 Aprel 2025
Azərbaycan əhalisinin bu il geyimə xərclədiyi məbləğ

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçılara 2,2 milyard manat dəyərində toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79,6 milyon manat və ya 3,8% çoxdur.

Toxuculuq məhsulları, geyim və ayaqqabılar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 14,9% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb

2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,7 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artıb. (trend)

Xəbər lenti