Xəzər Xəbər

ANAMA-nın minaya düşən əməkdaşının vəziyyəti açıqlanıb

Cəmiyyət | 16:03 • 7 Aprel 2025
ANAMA-nın minaya düşən əməkdaşının vəziyyəti açıqlanıb

Aprelin 6-ı 10:15 radələrində Cəbrayıl rayonu Mehdili kəndində baş verən partlayış nəticəsində xəsarət alan 16.12.1991-ci il təvəllüdlü (kişi cinsli) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Xezerxeber.az bildirir ki, bu barədə TƏBİB-dən xəbər verilib. 

Ona sol aşağı baldır oynağı və ayaq səviyyəsində travmatik amputasiya diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.

Xəbər lenti