Xəzər Xəbər

Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxslə bağlı polisdən AÇIQLAMA

Cəmiyyət | 16:00 • 7 Aprel 2025
Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxslə bağlı polisdən

Sosial şəbəkələrdə paylaşılan məktəb ətrafında bir nəfərin neqativ hərəkətlərilə bağlı ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli olaraq bildirib.

Qeyd edib ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.

"Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib. Hər iki tərəf verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildiriblər",- deyə o əlavə edib.

Xəbər lenti