Xəzər Xəbər

Bəzi yerlərdə duman müşahidə olunur FAKTİKİ HAVA

Cəmiyyət | 10:15 • 5 Aprel 2025
Bəzi yerlərdə duman müşahidə olunur

Azərbaycanda hava yağmursuz keçib, bəzi yerlərdə duman müşahidə olunur.

Bu barədə Xezerxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, aprelin 5-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Bəzi rayonlarda qərb küləyi əsib, küləyin sürəti arabir Gəncədə 18 m/s, Sabirabadda 16 m/s, Şəki və Zaqatalada 15 m/s, Mingəçevirdə 14 m/s-yə çatıb.

Abşeron yarımadasının bəzi yerlərində eyni zamanda, Naftalan, Şamaxı, Sabirabad, Kürdəmir, Cəfərxan, Yevlax, Neftçala, Biləsuvar, Altıağac, Qrız və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19, Aran rayonlarında o cümlədən, Naxçıvan MR-da 25, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.

Xəbər lenti

Çox oxunanlar