Xəzər Xəbər

Qobu qəsəbəsinin bir hissəsi qazsız qalıb

Cəmiyyət | 11:36 • 4 Aprel 2025
Qobu qəsəbəsinin bir hissəsi qazsız qalıb

Abşeron rayonu, Qobu qəsəbəsinin bir hissəsində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Xezerxeber.az bildirir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qəsəbədə ötən gün avtoqəza nəticəsində qaz xətti yararsız hala düşüb. Bu səbəbdən aprelin 3-də saat 23:30-dan etibarən qaz təchizatı dayandırılıb.

Hazırda təmir-bərpa işləri aparılır.

Xəbər lenti