Xəzər Xəbər

Bölgələrdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur Faktiki hava

Cəmiyyət | 09:48 • 3 Aprel 2025
Bölgələrdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur

Ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti Kəlbəcərdə 21 m/s, Şahdağ və Qubada 20 m/s, Goranboy və Altıağacda 19 m/s, Daşkəsən və Naftalanda 18 m/s, Şabranda 16 m/s, Lerikdə 15 m/s-dək güclənib.

Düşən yağıntının miqdarı Ordubadda 4, Zaqatala və Şəkidə 3, Qax, Tovuz, Ceyrançöl, Balakən və Gədəbəydə 2, Lerik, Biləsuvar, Lənkəran, Göygöl, Gəncə, Şəmkir, Naxçıvan, Sədərək, Şərur, Şahdağ və Şahbuzda 1 mm-dir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Aran rayonlarında 24, Naxçıvan MR-da 22, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.

Xəbər lenti