Xəzər Xəbər

Həftəsonu aşkarlanan silah-sursatın sayı açıqlanıb

Cəmiyyət | 16:45 • 24 Mart 2025
Həftəsonu aşkarlanan silah-sursatın sayı açıqlanıb

Həftəsonu aşkarlanan silah-sursatın sayı açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir:

"Martın 22-də və 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 qumbara, 2 tüfəng, 1 qumbaraatan, 3 patron darağı və 1215 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər".

 

Xəbər lenti