Xəzər Xəbər

Bakıda iki marşrutun hərəkət sxemində dəyişiklik ediləcək

Cəmiyyət | 16:15 • 16 Mart 2025
Bakıda iki marşrutun hərəkət sxemində dəyişiklik ediləcək

Yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu, Əhməd Rəcəbli və Uluqbəy küçələrinin kəsişməsindəki dairədə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, martın 17-dən etibarən 17 və 24 nömrəli marşrutların hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Xezerxeber.az-a verilən məlumata görə, 17 nömrəli marşrutun hərəkət istiqaməti aşağıdakı kimi dəyişdiriləcək:

  • Yeni Yasamal yaşayış massivi istiqamətində: Əhməd Rəcəbli küçəsi (son dayanacaq) → Dairəvi hərəkət (Uluqbəy küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi) → Əhməd Rəcəbli küçəsi → Fətəli xan Xoyski küçəsi, daha sonra mövcud sxem üzrə hərəkət edəcək.

24 nömrəli marşrutun hərəkət istiqaməti isə belə olacaq:

  • Qaraçuxur qəsəbəsi istiqamətində: Təbriz küçəsi (son dayanacaq) → Əhməd Rəcəbli küçəsi → Ziya Bünyadov prospekti, daha sonra mövcud sxem üzrə hərəkət edəcək.

Agentlikdən bildirilib ki, bu dəyişikliklər müvəqqəti xarakter daşıyır və yenidənqurma işləri başa çatdıqdan sonra marşrutlar əvvəlki hərəkət sxeminə qaytarılacaq: "Sərnişinlərdən xahiş olunur ki, marşrutların yeni hərəkət sxeminə uyğun olaraq səyahətlərini planlaşdırsınlar və mümkün narahatlığa görə üzr istəyirik".

Rubrikanın digər xəbərləri

Xəbər lenti