Pişiklə rəhmsiz rəftar edən şəxslə bağlı tədbir görülüb.
Polis əməkdaşları tərəfindən heyvanla rəhmsiz rəftar edən 1994-cü il təvəllüdlü şəxs müəyyən olunaraq polis şöbəsinə çağırılıb.
Barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Qeyd edək ki, sosial şəbəkələrdə həmin şəxsin pişiyə əziyyət etməsi ilə bağlı videolar yayılıb.(trend)