Qeyri-iş günlərində (30.12.2024-06.01.2025-ci il tarixinə qədər) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 40 müraciət daxil olub.
Xezerxeber.az bildirir ki, bu barədə KTM-dən məlumat verilib.
Bildirilib ki, müraciət edənlərdən 14-ü alkoqol , 5-i dərman, 10-u dəm qazı, 5-i allergik reaksiya, 2-si botulizm, 4-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir.
Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.