Xəzər Xəbər

Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib FAKTİKİ HAVA

Cəmiyyət | 11:46 • 1 Yanvar 2025
Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib

Yanvarın 1-i saat 10:30-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin dekabrın 31-də Lənkəran-Astara zonasında intensiv xarakterli yağış yağıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, düşən yağıntının miqdarı Astarada 40 mm, Lənkəranda 18 mm-dək olub.

Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 6, yüksək dağlıq rayonlarda 16 dərəcəyədək şaxta qeydə alınıb.

Xəbər lenti

Antalyada zəlzələ olub
18:41 • 3 Yanvar 2025