“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan daha 7 Azərbaycan vətəndaşı "Yeni Klinika" ya gətirilib.
Xezerxeber.az xəbər verir ki, xəstəxanaya gətirilən yaralılar jurnalistlərə açıqlamasında vəziyyətlərinin yaxşı olduqlarını bildiriblər.
Qeyd edək ki, daha öncə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində ilkin olaraq yaralananlardan 7 Azərbaycan vətəndaşı ölkəyə gətirilib. İkinci dəfə isə yaralananlardan daha 7 azərbaycanlı gətirlib.
Yaralıları gətirən FHN-nin xüsusi təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib.