Xəbər verildiyi kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Qazaxıstanın Aktau şəhərində qəza enişi edən təyyarəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanaraq sağ qalıb.
Təyyarədəki 37 Azərbaycan vətəndaşından 23-ü həyatını itirib, 14-ü sağdır.
Xezerxeber.az xəbər verir ki, Qazaxıstan mediası Fövqəladə Hallar Nazirliyinə istinadən sağ qalanların, o cümlədən azərbaycanlıların siyahısını dərc edib.
Sağ qalan Azərbaycan vətəndaşlarından 12 nəfər bu gün ölkəyə gətirilir.
Qəzada sağ qalanların siyahısını təqdim edirik: