Xəzər Xəbər

FHN-in həkimləri Qazaxıstana gedib

Cəmiyyət | 08:22
FHN-in həkimləri Qazaxıstana gedib

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus “BE-200 ÇS” amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib.

Bu barədə Xezerxeber.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin psixoloqları zərərçəkmişlərə təcili psixoloji yardım göstərir, habelə həkimlər tərəfindən zərurət yarandığı təqdirdə tibbi müdaxilələr həyata keçirilir. Həmçinin, qəza baş vermiş ərazidə Nazirliyin xilasediciləri tərəfindən müvafiq tədbirlər görülür.

Xəbər lenti

Çox oxunanlar