Xəzər Xəbər

Avtoxuliqanlıq edən sürücü ilə bağlı materiallar məhkəməyə göndərilib

Cəmiyyət | 15:53
Avtoxuliqanlıq edən sürücü ilə bağlı materiallar məhkəməyə göndərilib

"Kobud qayda pozuntularına yol verən sürücü ilə bağlı onlayn mediada yayılan videogörüntü araşdırılıb və qanunvericiliyə uyğun tədbir görülüb".

Xezerxeber.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “VAZ 2105” markalı, 10-EC-357 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edən sürücü ilə bağlı xəbər saytlarda yayımlanan videogörüntü araşdırılarkən, hadisənin paytaxtın Maştağa qəsəbəsi ərazisində qeydə alındığı, qayda pozan sürücünün isə E. Nəcəfov olduğu müəyyən edilib. Sürücü barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək ictimai qınaq obyektinə çevrilməmək üçün onları intizamlı olmağa, diğər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa çağırır", - deyə məlumatda bildirilib.

Xəbər lenti

Çox oxunanlar