2025-ci il sentyabrın 29-da keçiriləcək Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydaları təsdiq edilib.
Xezerxeber.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bu barədə MSK-nın bu gün keçirilən iclasında bildirib.
O qeyd edib ki, qanunvericiliklə seçki bülletenləri səsvermə gününə 10 gün qalmış çap olunmalıdır. Bülletenlər seçici sayının 3 faizindən artıq olmamaq şərti ilə çap ediləcək. Belə ki, bələdiyyə seçkilərində istifadə olunması üçün ümumilikdə 6 milyon 52 min 721 ədəd seçki bülleteni hazırlanacaq.